Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ailə həkiminin sahə həkimindən fərqi nədir?

  • 2021.06.30 15:42
  • 2043 Baxış
 Ailə həkiminin sahə həkimindən fərqi nədir?

“Ailə sağlamlıq mərkəzinin həkimi həm böyüklərə, həm uşaqlara, həm də hamilələrə xidmət edir. Lakin keçmişdə olan sahə pediatrı öz profilinə uyğun xəstələrə baxırdı”.

Medicina.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov İcbari Tibbi Sığorta Agentliyinin feysbuk səhifəsində canlı yayımda bildirib.

O həmçinin qeyd edib ki, hələ ailə həkimi ixtisası üzrə məzun yoxdur:

“Azərbaycanda ailə həkimi fakültəsi ilkin olaraq nəzərdə tutulub. Hələ ki, bu ixtisas üzrə məzun yoxdur. Ona görə də ailənin ilkin səhiyyə xidmətini təşkil etmək üçün pediatr, terapevtdən və mama-ginekoloqdan birgə istifadə olunur”.