Avropa İttifaqı (Aİ) vətəndaşları üçün yeni növ koronavirusa qarşı ilk peyvənd gələn ilin mart ayında əlçatan olacaq.
Medicina.az xəbər verir ki, bu barədə Belçikanın səhiyyə naziri Meqqi de Blok bildirib.
“Nəzəri olaraq, ilk peyvənd “Sanofi”dən olacaq və mart ayında Belçika və digər Aİ ölkələrində istifadə oluna biləcək”, - nazir Belçikanın RTBF telekanalının efirində deyib.
Onun sözlərinə görə, peyvənd ən birinci həkimlərə və ən qorumasız vətəndaşlara vurulacaq.
Daha əvvəl Avropa Komissiyasının hazırlanmaqda olan koronavirusa qarşı peyvəndi almaq üçün bir neçə əczaçılıq şirkəti, o cümlədən də “Sanofi” ilə danışıqlar apardığı bildirilmişdi.