Yetişkin insanların təxminən 50 faizi ağız qoxusundan əziyyət çəkir.
Ağız qoxusunun özəl və sosial həyatda yaratdığı problem məlumdur, lakin doktorlar bildirirlər ki, bu, həm də daxildə ciddi xəstəliklərin olmasından da xəbər verir.
Qastroenteroloq-hepatoloq Nazlı Qasımova bu barədə Youtube kanalında danışıb.