Ola bilər ki, bu cümlənin intonasiyası sizə qəribə gəlsin.
Lakin alimlərin və qədim təbiblərin də təsdiq etdiyi kimi sağlamlığın bir qızıl qanunu da “Ağzını yum və həyatını xilas et”dir.
Medicina.az xəbər verir ki, amerikalı alim, tədqiqatçı Corc Ketlin də “Ağzını yum və həyatını qoru” kitabında susmağın orqanizmin sağlamlığında rol oynadığını çatdırıb.
O, Amerikanın qədim əhalisinin və yerli insanlarının dişləri ilə bağlı problemi olmadığını və dişlərinin qocalana kimi sağlam qalmasına diqqət yetirib. Halbuki eyni əsrdə Avropada ağzında salamat dişi olan adam yox idi.
Diş, çənə anomaliyalarının bir səbəbi də insanın uşaqlıqdan ağzını açıq saxlaması və ağzı açıq yatmasıdır.
Amerika hindularının sirri çox sadə idi. Onlara uşaqlıqdan danışmaq və yemək zamanı istisna olmaqla, qalan vaxtlarda ağzı bağlı, dodaqları kip saxlamaq öyrədilirdi. Analar gecə yuxudan oyanıb uşağın çənəsi, ağzı aralı yatdığını görərdisə, dərhal bağlayardı.
Ağzı bağlı saxlamağın üstünlükləri nədir:
Birincisi, soyuq hava tənəffüs və nəfəs yollarına mənfi təsir edir. Gecə yarı aşağı temperatursa ağız suyu demək olar, ifraz olunmur. Dişlər həssaslaşır və iltihaba meyilli olur.
Orqanizmə daxil olan soyuq havanı isitmək çətin olur, ona görə yuxuda daha çox enerji sərf edir. Burunla nəfəs alarkən isə belə problem yaşanmır.
İkincisi açıq ağızdan çox şeylər ağıza daxil ola bilər.
Üçüncüsü ancaq ağzı bağlı yatarkən uşaqlarda düzgün üz cizgiləri, çənə, kəllə quruluşu formalaşır.
Normada insanın yatarkən ağzı bağlı olmalıdır. Əgər bunu etmək sizdə alınmırsa, deməli, sizin ya dişləriniz, ya çənəniz ya da burun qulaq orqanlarınızda problem var və onu aradan qaldırmalısız.
Valideynlər uşaqların ağızlarının bağlı olmasına fikir verməlidir. Yalnız bu halda tənəffüs orqanları, üz və çənə düzgün formalaşacaq.
Ağzı açıq yatmaq xoruldamağa səbəb olur.
Qadınlarda ağzı bağlı yatmaq üz əzələlərini tonusda saxlayır və gec qocalmağa səbəb olur.