Ağstafa rayon mərkəzi xəstəxanasında müalicə olunan R.İsmayılovun 2 min manat pulu və qızıl üzüyü oğurlanıb.
Medicina.az xəbər verir ki, polisin araşdırması nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Əsədullayev saxlanılıb. Həmin şəxs R.İsmayılovla eyni palatada müalicə olunurmuş.
Fakt üzrə araşdırmalar davam etdirilir./Report/