Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağrılardan təbii üsullarla qurtulun! – DƏRMANSIZ MÜALİCƏ

  • 2019.07.08 11:09
  • 11751 Baxış
Ağrılardan təbii üsullarla qurtulun!  – DƏRMANSIZ MÜALİCƏ

Bədəninizdə meydana gələn hər hansı ağrıdan təbii yollarla xilas ola bilərsiniz. Hər kəsə məlumdur ki, müasir tibdə dərmanlar konkret xəstəliklərə sağaltsa da, bəzən başqa orqanlara zərər verir.

 
Odur ki, medicina.az-ın bəzi xəstəliklərdən dərmansız  müalicə olunmağın yolları barədə hazırladığı materialı mütləq oxuyun. Ağrılardan xilas olmaq üçün ilkin olaraq ağrıkəsiciyə əl atırıq. Lakin bu üsulun böyrəklərə və başqa orqanlara vura biləcəyi zərəri nəzərə almırıq. Çiyələk Sidik yollarını təmizləməyə çox kömək olur. Bağırsaq problemləri üçün ən yaxşı vasitədir. Həmçinin diş ətlərini gücləndirir, ağız qoxusunu aradan qaldırır. Ağrıları yüngülləşdirir. Qırmızı acı bibər Meyvə tərəvəz kimi ədviyyatlar da şəfa qaynağıdır. Tərkibindəki kapsaisin maddəsi sayəsində qüvvətli ağrıkəsici rolunu oynayır. Diş ağrısına qarşı buz üsulu Əlləriniz beyinə siqnal aparan sinirlərlə doludur. Soyuq tətbiqetmə ilə ağrı siqnallarının beyinə çatmasına mane ola bilərsiniz. Bu, diş ağrısında xüsusi ilə effektivdir. Əlləri soyuq su ilə yumaq
Soyuq tətbiqetmə vücudun qan fəaliyyətini yaxşılaşdırır. Əlinizi soyuq su ilə yusanız, baş və digər ağrıları nisbətən yüngülləşdirmiş olacaqsınız. Ən təsirli təbii ağrıkəsicidir.

 

 
Böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkilər

 

Paxla

Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları salmağa kömək edir.

  

Gicitkan

Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını təmizləyir.

 

Cəfəri
Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.
Turp
Böyrəklərdə olan mikrobları öldürərək daş və qumların tökülməsinə kömək edir.
Üzüm

Böyrək qumları və daşlarının salınmasına kömək olur.

 

 Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır.

Badam
Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür. Qeyd: bu üsullardan istifadə öncəsi həkiminizlə məsləhətləşin. Ağrılardan təbii üsullarla qurtulun!  – DƏRMANSIZ MÜALİCƏ