Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağrıkəsicilərlə bağlı XƏBƏRDARLIQ

  • 2024.04.08 14:20
  • 846 Baxış
Ağrıkəsicilərlə bağlı  XƏBƏRDARLIQ
ABŞ Qida və Dərman Administrasiyasına (FDA) tərkibində lidokain olan ağrıkəsicilərin təhlükələri barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, bu dərmanların qıcolma və ürək problemlərinə səbəb ola biləcəyi bildirilib.

Qeyd edilib ki, bu cür ağrıkəsicilər daha çox dəri gözəlləşdirmə prosedurlarında istifadə edilir.

Lidokainli ağrıkəsicilər krem, gel, sprey və sabun formasında satılır. Bunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsinq kimi kosmetik prosedurlar zamanı yerli ağrıkəsici kimi istifadə edilir.

FDA bildirir ki, 4%-dən çox lidokain ehtiva edən məhsullar nizamsız ürək döyüntüsü, qıcolma və tənəffüs çətinliyinə gətirib çıxara bilər.

Qeyd olunur ki, bu cür məhsullar, həmçinin istifadəçinin qəbul etdiyi digər dərmanlar və ya əlavələrlə qarşılıqlı təsir göstərə bilir.

FDA bu məhsulların istehlakçılar üçün qəbuledilməz risklər yaratdığını və satışa çıxarılmamalı olduğunu qeyd edib. Satışdakı məhsulların isə yığışdırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, həmin məhsulları dərinin böyük hissəsində və ya qıcıqlanmış sahələrə tətbiq etməyin və uzun müddət saxlamağın çox daha təhlükəli olduğu diqqətə çatdırılıb.


Aysel