Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağrı sindromunu necə aradan qaldıraq – QSİƏP-in alternativi varmı?

  • 2020.08.23 13:46
  • 6677 Baxış
Ağrı sindromunu necə aradan qaldıraq    –  QSİƏP-in alternativi varmı?



Ağrı və iltihab – insan orqanizminin əksər patoloji vəziyyətlərinin daimi və ayrılmaz təzahürüdür. Onlar dayaq-hərəkət sisteminin zədələnmələrində - həm kəskin travmada, həm də xroniki xəstəliklərdə mütləq mövcud olurlar. Dünyada dayaq-hərəkət sisteminin ən çox yayılmış xəstəliyi olan osteoaptroz/osteoartrit, alimlərin, eləcə də praktik həkimlərin diqqət mərkəzində daim qalmaqdadır.


Bununla əlaqəli tibbi yardıma müraciət edən pasiyentlərin sayı XX və XXI əsrlərdə bir qədər dəyişilmişdir. Əgər əvvəllər yaşlı və qoca pasiyentlər üstünlük təşkil edirdilərsə (bəzi hesablamalara görə 80%-ə qədər və daha artıq), hazırda osteoartroz nəzərəçarpacaq dərəcədə “cavanlaşmışdır”. Oynaq patologiyası əmək qabiliyyətli insanlarda, bəzən çox cavan yaşlarda təzahür edir. Bu həm fiziki yüklənmə ilə (ilk növbədə idman yüklənməsi), həm də müasir tibbin diaqnostik imkanlarının artması hesabına osteoartrozun ən erkən mərhələlərdə aşkarlanması ilə əlaqəli ola bilər. Bu və ya digər səbəbdən, osteoartrozun müalicə problemi hazırda yalnız tibbi deyil, həm də sosial-iqtisadi əhəmiyyət kəsb etməyə başlayır, beləki, bu xəstəlik əhalinin əməkqabiliyyətli hissəsini əhəmiyyətli dərəcədə zədələyir.


Osteoartrozun diaqnozu və müəlicəsinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifləri əksər halda ortaq fikrə gəlirlər ki, müalicəyə kompleks yanaşılmalı, məlum konservativ, həm də cərrahi üsullar ahəngdar şəkildə birləşdirilməlidir. Lakin istənilən seçilmiş müalicə strategiyasında , hətta endoprotezləşmədə belə, praktiki olaraq bütün pasiyentlər iltihabəleyhinə və ağrıkəsici təsirə malik preparatlar qəbul edirlər.


Bu böyük bir təhlükədir. Ağrı sindromu – osteoartrozun mütləq təzahürüdür. Bir sıra hallarda, xüsusilə patoloji prosesin erkən inkişaf mərhələlərində, pasiyentlərin ağrıdan başqa heç bir şikayəti olmur. Məhz ağrı hissi onları müalicəyə başlamağa məcbur edir.

Lakin, təəssüflər olsun ki, medikamentoz müalicəni onlar çox zaman, reklam məlumatlarına əsasən, yaxud tanışlarının məsləhəti ilə özü-özlərinə təyin edirlər. Bunlar, müvafiq təsirli ən geniş yayılmış və effektiv qeyri-steroid iltihabəleyhinə preparatlardır (QSİƏP). Pasiyentlər üçün preparatın seçimində effektivlik mütləq, bəzən də yeganə faktor kimi təyin edilir. Yalnız başlayan fəsadların əlamətləri bu cür nəzarətsiz müalicənin təhlükəsizliyi barədə düşünməyə vadar edir. QSİƏP-lər üçün ən tipik ağırlaşmalar mədə-bağırsaq traktı tərəfindən olur (xora qanaxmasına qədər), lakin onların digər orqan və sistemlərə də mənfi təsiri təsvir edilmişdir.


Təsir xarakterinə görə, QSİƏP-lər siklooksigenazaya təsiri ilə (inhibə etməsi) fərqlənirlər. Ən teztəsirli və effektiv preparatlar (SOG-1 və SOG-2 inhibitorları) yan təsirlərinə görə ən böyük təhlükəyə malikdirlər, buna görə tövsiyə olunan müalicə kursunun müddəti ümumiyyətlə 7-10 gündən çox olmur. Selektiv SOG-2 inhibitorları üçün daha uzun bir müalicə kursu (3 həftəyə qədər və ya daha çox) mövcuddur, lakin onların effektivliyi (və hər şeydən əvvəl sürətli təsiri) bir qədər aşağıdır. Əksər pasiyentlər bunu bilmirlər və bu da QSİƏP-lərin nəzarətsiz və uzun müddətli istifadəsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, özünümüalicə həmişə təhlükəlidir. Həkim QSİƏP-lərin arzuolunmaz təsirlərini bilsə də, əksər hallarda onları təyin etməyə məcbur olur.


Təəssüf ki, hələ də osteoartrozun kəskinləşməsində QSİƏP daha effektivdir. Əlbəttə ki, həkim selektiv SOG-2 inhibitorlarını seçməklə, mədə-bağırsaq traktının selikli qişasını zədələrdən qorumaq üçün qastroprotektiv preparatlardan (proton nasos inhibitorlarından) istifadə etməklə yaxud QSİƏP-lərin əvəzedicisini tapmağa cəhd etməklə əlavə təsirləri minimuma endirməyə çalışır. Lakin, "müdafiəçilər" hələ də 100% qorumanı təmin etmir və digər iltihabəleyhinə və analgetik preparatlar (bioloji aktiv əlavələr, xondroprotektorlar) elə də effektli deyil, xüsusilə kəskin iltihabın fonunda. Eyni zamanda uzunmüddətli xəstəlik tarixçəsi olan yaşlı xəstələrdə, fəsadların potensial təhlükəsi ilə deyil, artıq inkişaf etmiş somatik xəstəliklər fonunda QSİƏP-lərin istifadəsinə birbaşa əks göstərişlərlə tez-tez rastlaşırıq.


Çıxılmaz vəziyyət yaranır. Cərrahi müalicəyə göstərişlər (artroskopiya, xondroplastika, osteotomiya, endoprotezləşmə) təyin olunsa belə, xəstə əməliyyat gözləyərkən yenə də daimi ağrılardan qurtulmağa və ya heç olmasa onun intensivliyini azaltmağa çalışır. Alternativ olaraq, kortikosteroidlərin oynaqdaxili yeridilməsinə məcbur olurlar. Bu müvəqqəti yaxşılaşma verir, eyni zamanda oynaqda destruktiv proseslərin sürətlə artmasına səbəb olur.


Beləliklə, osteoartrozun fonunda kəskin iltihabi reaksiyalarda QSİƏP-lərin məqbul alternativinin olub-olmaması məsələsi şübhəsiz praktik maraq doğurur.


Bizim məqsədimiz osteoartrozun müalicəsində kəskin ağrı və iltihabi reaksiyaların konservativ müalicə sxemini işləyib hazırlamaqla QSİƏP-lərin arzuolunmaz effektlərini minimuma endirməkdir.

Tədqiqat

Tədqiqata Kellgren - Lawrence rentgenoloji təsnifatına görə I - III ağırlıq dərəcəsi olan diz oynağının osteoartrozundan əziyyət çəkən 31-82 yaş arasında 358 xəstə (orta yaş - 56,8 yaş) daxil edilmişdir. Xəstəliyin müddəti 2,5-18 il arasında idi. Diaqnozu təsdiqləmək üçün hamıya standart proyeksiyada rentgenoqrafiya edilmişdir. Rentgenoqrafiya ilə yanaşı, 196 pasiyent (54,7%) MRT, 98 (27,4%) - USM, 35 (9,8%) - KT müayinəsindən keçdi.


Ümumilikdə, patoloji prosess müalicənin başlanğıcında kəskinləşmə mərhələsində idi,
100 ballıq vizual analoq şkalasına görə (VAŞ) 48-dən 83 baladək ağrı sindromu və ağır disfunksiya ilə müşayiət olunurdu.

IV ağırlıq dərəcəsi olan pasiyentlər tədqiqata daxil edilmədi, çünki osteoartroz sümük strukturunun anatomik deformasiyaları, yerişin biomexanikasının əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olundu, bu da medikamentoz müalicənin təsirini obyektiv qiymətləndirməyə imkan vermədi. Onlara endoprotezləşmə üçün göstərişlər təyin edildi.


Xəstələr 3 qrupa ayrılmışdı. Hər 3 qrupda, ilk gündən iltihabəleyhinə terapiyaya başlandı. QSİƏP-lərin qəbulunun dayandırılması üçün bir işarə, "kiçik ağrı" qiymətləndirməsinə uyğun gələn VAŞ-da ağrıların 15 bala endirilməsi hesab edilir.


QSİƏP ilə yanaşı, iltihabəleyhinə təsiri məlum olan və bir sıra nəşrlərdə, o cümlədən EULAR materiallarında təsvir olunan Traumeel®S-dən istifadə etdik. Bu müddət ərzində başqa bir terapiya aparılmadı.
1-ci qrupun (n = 96) pasiyentlərinə, diklofenak kapsula (gündə 150 mq) ilə yanaşı, protektor qismində gündə 40 mq omeprazol preparatı paralel olaraq təyin edildi.

2-ci qrupun pasiyentlərinə (n = 52) ilk gündən Traumeel® S 1 tablet gündə 3 dəfə təyin edildi. Təsirinin nisbətən az olmasını nəzərə alaraq, VAŞ-da 55 baldan çox olmayan, ağrı sindromu olan xəstələrdə Traumeel®S istifadəsi ilə monoterapiya aparıldı.

3-cü qrupda (n = 209), diklofenak və Traumeel® S ilə birlikdə kompleks terapiya tətbiq edildi. İlk gündən diklofenak (100 mq / gün) + omeprazol (gündə 40 mq/gün) + Traumeel® S (1 tablet 3 dəfə/gün). VAŞ-a görə ağrı sindromunun intensivliyi 15 bala qədər azaldıqdan sonra, yalnız Traumeel® S gündə 2 dəfə 1 tablet dozada qalmaqla, bu kurs 1 aya qədər davam etdirildi.


Müşahidə, VAŞ-a görə ağrı sindromunun səviyyəsini təyin edərək 1 ay ərzində aparıldı: ilk həftədə - hər gün, sonra - 5 gündə bir dəfə. Ağrı müxtəlif vəziyyətlərdə qeydə alınıb: uzun sürən hərəkətsizlikdən və ya yuxudan sonra ("başlanğıc"), məşq zamanı (gəzinti), istirahət zamanı, həmçinin gecə ağrıları. Daha intensiv ağrı nəzarət göstəricisi olaraq seçildi.


Nəticələr və müzakirələr:

1-ci qrupda ilk gündə ağrı sindromu orta hesabla VAŞ(vizual-analoq şkalası) ilə 16,2 bal azaldı, 3-cü gündə 24,5 bala çatdı. QSİƏP-ın qəbulu 3-cü gündə 23 pasiyentdə, 4-cü gündən etibarən daha 22 pasiyentdə, 7-ci gündə isə qalan pasiyentlərdə dayandırıldı. 2-ci qrupda ağrı sindromunun azalması ləng baş verdi - ilk 3 gündə 9,9 bal, 4-cü və 5-ci günlərdə müvafiq olaraq 22 və 30,2 bal azalma müşahidə olundu.


Müşahidənin sonunda ağrı sindromunun orta göstəricisi 8,6 bal təşkil edirdi. 3-cü qrupda 1-ci gün ağrı sindromunun orta göstəricisi 17,3 bal idi. 3-cü gün effekt 1-ci qrupdakına bənzəyirdi, 20 pasiyentdə isə QSİƏP-ın qəbulu dayandırıldı. 4-cü və 5-ci günlərdə orta göstərici 3-cü qrupda 1-ci qrupla müqayisədə az idi. 6-ci gün 3-cü qrupun bütün pasiyentlərində QSİƏP-ın istifadəsi dayandırıldı. QSİƏP-ın dozası 1-ci qrupda orta hesabla 492 mq, 3-cü qrupda isə 307 mq olmuşdur.


Nəticələr:


QSİƏP-ın Traumeel S praparatı ilə birgə qəbulu QSİƏP-ın dozasının monoterapiya ilə müqayisədə orta hesabla 1,6 dəfə azalması fonunda daha sürətli və davamlı terapevtik effekt almağa imkan verir.


1. Ağırlaşmış qonartrozlu pasiyentlərdə güclü ağrı sindromu iltihab əleyhinə dərman terapiyasının köməyilə xeyli azaldıla bilər.

2. QSİƏP – qeyri-selektiv SOG inhibitorlarının peroral qəbulu artıq ilk sutkada güclü müsbət effekt almağa imkan verir. Lakin uzunmüddətli müalicə kursu çoxsaylı arzuolunmaz yan təsirlərin inkişafına səbəb olur. Preparatın qəbulu dayandırıldıqdan sonra isə reqress müşahidə olunur.

3. Traumel S preparatının peroral qəbulu zamanı ilk 3 gün ərzində zəif effektivlik qeyd olunur. Lakin sonralar ağrıların azalması daha da intensivləşir və preparatın qəbulu dövründə azalmağa davam edir.
QSİƏP və Traumeel S -in eyni zamanda istifadəsi yuxarıda qeyd edilən effektləri birləşdirməyə və monoterapiya ilə müqayisədə daha yaxşı nəticələr əldə etməyə imkan verir. Belə müalicə zamanı QSİƏP-ın dozası 1,6 dəfə azaldılır (p<0,001


Professor А.V. Qarkavi, professor Q.M. Kavalerskiy, S.V. Terexin, V.A. Meşeryakov
ФГАОУ ВО «Первый МГМУ им. И. М. Сеченова» Минздрава России (Сеченовский Университет), Москва
ГБУЗ МО «Рузская районная больница»