Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağrı, iltihab və travma zamanı əsaslandırılmış seçim- Möcüzə maz

  • 2021.02.18 14:38
  • 20992 Baxış
Ağrı, iltihab və travma zamanı  əsaslandırılmış seçim - Möcüzə maz


Dartılma, çıxıq və əziklərdən heç kim sığortalanmayıb. Bu travmalar, adətən, təhlükəli olmasalar da, çox ağrılıdırlar və uzun müddət insanın aktivliyini məhdudlaşdıra bilirlər.


Buna görə də hətta azacıq zədələrdə belə nəinki ilk yardım (ağrısızlaşdırma), o cümlədən, düzgün müalicə də tələb olunur.
Nəyə görə müalicəni ağrıkəsici preparatlarla məhdudlaşdırmamalıyıq?


Əziklər, çıxıqlar və dartılmalar zamanı yaranan ağrılar tək travma ilə deyil, həm də kəskin iltihab nəticəsində əmələ gəlir. Bu, toxumaların sonrakı zədələnmələrinin qarşısının alınması və regenerasiyanın sürətlənməsi üçün orqanizmin mühüm təbii reaksiyasıdır.


Ağrıkəsicilər ağrını tamamilə və uzun müddət dəf etməyə hər zaman qadir deyil, çünki bu qrup preparatlar iltihabın yalnız bir mexanizminə təsir edir. Buna görə də travmaların müalicəsi üçün tək ağrıkəsicilər deyil, həm də iltihabi prosesə kompleks təsir edən preparatlar istifadə etmək vacibdir. Belə preparat qismində Traumeel C məlhəmini tətbiq etmək olar.

Traumeel C məlhəminin tətbiqi bizə nə verir?


Traumeel C – iltihab əleyhinə aktivliyi sübut olunmuş biotənzimləyici preparatdır. Tərkibinə daxil olan komponentlər sayəsində iltihabın bütün mexanizmlərinə təsir göstərir. Preparatın istifadəsi zədənin yalnız xarici təzahürlərini deyil, həm də iltihab prosesini modulyasiya edir və toxumaların sağalmasına səbəb olur. Traumeel C-in tətbiqi ilə aparılmış tədqiqatlar göstərdiyi kimi, zədə nahiyəsində ağrı və ödem azalır, zədələnmiş toxumalar sürətlə bərpa olunur; bu da pasienti tezliklə əvvəlki formasına qaytarır.

Traumeel C-in istifadəsi nə dərəcədə zərərlidir?

Zədələnmələr zamanı Traumeel C məlhəminin effektivliyi və təhlükəsizliyi diklofenakın xaricə istifadə üçün nəzərdə tutulmuş formasına uyğun gəlir. Bununla yanaşı, Traumeel C hətta uzunmüddətli istifadə zamanı da orqanizm tərəfindən yaxşı qəbul edilir, allergik reaksiyanın yaranmasına dair nadir istisnalardan başqa heç bir mənfi təzahürlər olmur. Əksər klinik hallarda sadəcə məlhəmi istifadə etmək yetərli olur; ehtiyac olduqda isə, onu başqa preparatlarla birgə təyin etmək olar. Belə ki, Traumeel C-in digər dərmanlarla arzuolunmaz qarşılıqlı təsirinin olması riski çox azdır.

Kimə və hansı hallarda Traumeel C məsləhət görmək olar?

Traumeel C əzələ və oynaqların zədələnmələrində və iltihabi proseslərində tövsiyə oluna bilər. O, pasientin vəziyyətini yüngülləşdirə, yumşaq toxumaların əzikləri, bağların dartılmaları və çıxıqlardan sonra sağalma prosesini sürətləndirə bilir. Bundan başqa, Traumeel C artrit simptomlarının ağırlaşması, beldə ağrıların yaranması, o cümlədən bursit və tendovaginitdə də istifadə oluna bilər. Traumeel C məlhəmini yalnız böyüklər deyil, həm də 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər.



Traumeel® С çoxhədəfli qəbul üçün sübut olunmuş iltihabəleyhinə kompleks biotənzimləyici preparat
Dartılmalar, çıxıqlar və əziklər
Yumşaq toxumaların zədələnməsi
İstənilən lokalizasiyalı osteoartritlər