Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağlamaq ürək üçün çox faydalıdır – Tez-tez ağlayın

  • 2019.07.25 15:53
  • 6453 Baxış
Ağlamaq ürək üçün çox faydalıdır –  Tez-tez ağlayın
Müntəzəm olaraq ağlamaq ürək üçün faydalıdır. Bunu Avstraliya universitetinin alimləri bildirib. Aölamaq ürək əzələ yığılmasının tezliyini stabilləşdirir, insanı sakitləşdirir, kədər və stres anında ürəyə düşən ağırlığı azaldır.


Medicina.az xəbər verir ki, elmi tədqiqatda 197 qadın iştirak edib. Onlar 17 dəqiqə kədərli və emosional videoya baxıblar. 17 nəfər bu filmə baxarkən ağlayıb, qalanları isə sakit qalıb. 


Bundan sonra iştirakçılar fiziki stresə məruz qalınıb, onlar əllərini buzlu suya salıb, bir müddət saxlayıblar. Bu zaman tədqiqatçılar onların ürək ritmini ölçüb, tənəffüsünü yoxlayıb və ağız suyundan stress hormonu üçün analiz götürüblər.


Nəticələrdən məlum olub ki, əvvəl ağlayan qadınlarda tənəffüs və nəbz stabil olub, ürək yığılmasında problem yaşanmayıb. Digər ağlamayan qadınlarda isə fiziki stress daha ağır keçib. Amma stress hormonu kortizolun miqdarı hər iki qrupda eyni olub. 


Alimlər belə qənaətə gəlib ki, ağlamaq, xüsusən ürəkdən ağlamaq insanın bioloji homeostazını saxlayır. Bunun nəticəsində daxili stabillik qorunur, ürək yığılmaları və təzyiq normada qalır. 


Bir şərtlə ki, ağlamaq təbii və içdən olsun, qadın ağlamağından utanmasın. Ağlamaq istədiyiniz zaman ağlayın, bunu saxlamaq və tənbeh olunmaqdan qorxmaq sağlamlığa ziyandır.