Ağzın, dilin-dodağın quruması ağız suyunun sanki yoxa çıxması bir çoxlarının düşündüyü kimi təkcə şəkər xəstəliyində olmur.
Son zamanlar çox adamlarrda rast gəlinən bu problemə bir neçə xəstəlik səbəb ola bilər.
-Diabet
-Hamiləlik
-Siqaret
-Depressiya
-Panik atak, nevroz
-Revmatoid artrit
-Orqanizmin qocalması
-Bir sıra dərman preparatları da ağızda quruluq yaradır: antidepressantlar, təzyiq dərmanları, antihistaminlər və s.
- Orqanizmin susuzlaşması
- Tüpürcək vəzirlərində problem
Qadınlarda menstruasiya ərəfəsində də aşırı susuzluq yaranır. Estrogen və progesteronun təsiri su-duz balansında özünü göstərir.
Ağızda quruluq yalnız bir halda sevindirici ola bilər: əgər hamiləlik varsa. Qalan hallarda həkimə getmək vacibdir.
Aygün Musayeva
Agız quruluşunu necə aradan götürmək olar?