Araşdırmalar göstərib ki, 60% insan gün ərzində cəmi 1-2 stəkan təmiz su içə bilir. Qalan halda çay, qəhvə,şirələri maye kimi qəbul edir.
Medicina.az xəbər verir ki, orqanizmin susuzlaşması ciddi xəstəliklərə səbəb olur. Əgər bədən kütləsinin 5% qədər su itkisi olarsa, bu susuzlaşmadır. 15 % qədər olarsa bu artıq ölüm deməkdir.
Bədəndə ciddi su itkisi və susuzlaşmanı vaxtında bilmək üçün bu 15 əlamətə diqqət edin.
Əgər sizdə 5-7 əlamət varsa, orqanizmdə maye defisiti var.
1. Daim aclıq hissi
Yemək yediyinizə baxmayaraq, elə aclıq hissi keçirmək, maye çatışmazlığı əlamətidir. Bu halda bir stəkan su içsəniz, toxluq yaranacaq.
2. Gözlərin ətrafında kölgə, tünd dairələr
3. Ağızda, boğazda quruluq, yanma hissi
4. Zəifləmiş immunitet, tez –tez xəstələnmək, gec sağalmaq
5. Dərinin quruması, qabıqlanması, rənginin solması, çatlaması, kəpək
6. Yorğunluq, halsızlıq, gücsüzlük
7. Baş ağrısı, baş hərlənmə, sanki yerində səntələmə - Bəzən miqrenin də səbəbi kimi susuzlaşma göstərilir
8. Oynaq, sümük, qığırdaq ağrıları, quruma, xırçıltı səsi
9. Gözlərdə qum, toz batma hissi, quruluq, yanma
10. Qəbizlik, sidik ifrazının azalması, pozulması
11. Ürəkdə ritm pozulması, taxikardiya
12. Ağızdan pis qoxu, ərp
13. Tünd və qəhvəyi rəngdə sidik
14. Dodaqların kənarında çat, qabıq
15. Əsəb, sinir sisteminin çökməsi, yuxusuzluq, qıcıqlanma, depressiya
Gördüyünüz kimi, orqanizm sadəcə bir suyun çatmamasına necə reaksiya verir. İllərlə bu simptomları iqnor etdikdə, bunlar artıq siqnal yox, ciddi xəstəliyə çevrilir və onu çox su içməklə belə bərpa edə bilməyəcəksiz..
Salam. Bəs bu hal bədəndən xaricə hiss olunacaq şəkildə pis qoxu da ötürə bilərmi?
Bu saydıxlarınız demek olarkı mende var bol bol su icsem kecer