Bədəndən, xüsusən ağızdan gələn bəzi qoxular həkimlərə yaxşı məlumdur.
Əgər xəstə deyirsə, ağzından daim şirin tam gəlir, bu diabetə şübhə ola bilər.
“Medicina” xəbər verir ki, britaniyalı cərrah Adam Froş ağızdan gələn qoxuların xroniki xəstəliklərlə əlaqəsini açıqlayıb.
“Şirin meyvə tamı I tip diabet,ş eləcə də insulin, qlükoza pozulmasına xarakterikdir.
Bu vəziyyəti yaradan diabetik ketoasidozdur. Orqanizm qlükozanın artıq enerjisini həll edə bilməyənə onun əvəzinə yağları istifadə edir. Yağlar yananda isə ketonlar çox ayrılır və nəticədə diabet xəstələrinin bədəni şirin olur.
Ağızdan, bədəndən kif qoxusu isə qaraciyərdə sirrozdan xəbər verə bilər.
Qaraciyər toxuması və birləşdirici toxumasının böyüməsi nəticəsində intoksikasiya gedir.
Ağızdan turş dad isə, mədə reflüksündə olur.
Mədə turşuluğu yüksək olanda o qida borusuna kimi sıçrayır, əslində bu da ciddi xəstəliklərə gətirib çıxarır”.
Aygün Musayeva