Ağızdan qəfil, kəskin xoşagəlməz qoxu miokard infarktı zamanı ilk əlamət ola bilər.
Bakupost.az xəbər verir ki, ağızda qəribə dad, qoxu adətən mədə-bağırsaq xəstəliklərində rast gəlinir.
Lakin bu ürək çatışmazlığı simptomu da ola bilər.
Həkim Mark Perlrot bu əlamətin hətta infarkt zamanı ola biləcəyini deyib.
“İnfarkt öncədən və proses zamanı mədə pozulması verir. Bəzən həkimlər belə zəhərlənmə, qastritlə səhv salırlar. Ürək mədəyə yaxın olduğu üçün mədə əlamətləri görülə bilər.
Ona görə bu ikisini ayırd etmək mütləqdir.
Yaşlı və xroniki xəstəliyi olan insan ağızdan pis qoxu gəlirsə, birinci növbədə ürəyini yoxlatsa yaxşıdır. Əsas da ağızdan metal, dəmir tamı gələndə”.
İnfarkt zamanı mədədə yanma, qıcqırma, göynəmə, təngnəfəslik, bədənin yuxarısına yayılan sancı, ağrı, tərləmə də olur.
Bu zamanı açıq pəncərə qarşısında uzanıb, 300 mq aspirin qəbul edib təcili yardımı gözləmək lazımdır.
Aygün Musayeva
BakuPost