Böyrək funksiyası pozulduqda, çox vaxt uzun müddət özünü büruzə vermir. Və ən ağlagəlməz simptomlardan biri də ağızdan qoxu ola bilər.
“Medicina” xəbər verir ki, uroloq Vadim Başkatovun sözlərinə görə, insanlar ağır böyrək xəstəliyinin və ya böyrək çatışmazlığının qarşısını almaq üçün onlardan xəbərdar olmalıdırlar.
Erkən əlamətlər:
Sidik rənginin dəyişməsi. Sidiyin adi rəngində dəyişikliyə bəzi qidalar (məsələn, çuğundur) səbəb ola bilər. Ancaq sidik daim rəngini dəyişirsə, bu, böyrək probleminin əlaməti ola bilər.
Güclü sidik qoxusu. Bu, ilkin böyrək çatışmazlığını göstərə bilər.
Sidik miqdarının nəzərəçarpacaq dərəcədə dəyişməsi. Əgər sidik miqdarı içdiyiniz maye ilə açıq şəkildə uyğun gəlmirsə, bu, böyrəklərin düzgün işləməsini dayandırdığını və su balansının dəyişdiyini göstərə bilər.
Mayeni tutma Şişmiş barmaqlar və oynaqlar, qarın şişməsi hissi böyrək problemləri səbəbiylə bədəndə mayenin tutulması ola bilər.
Kürək, bel ağrısı. Böyrəklər lateral bölgədə, aşağı arxada qabırğa qövsünün altında yerləşir. Bu sahədə baş verən ağrı böyrək funksiyasının pozulmasına işarə edə bilər.
Ağızdan gələn pis qoxu. Ağız qoxusu bir çox sağlamlıq probleminin əlaməti ola bilər. Böyrək xəstəliyiniz varsa, ağzınızdan ammonyak iyi gələ bilər.
Yüksək qan təzyiqi. Bu, böyrək çatışmazlığının başlanğıcını göstərə bilər.
Günay Quluzadə