Nəfəsin qoxusu və bəzi gözlənilməz simptomlar qaraciyər xəstəliyindən xəbər verə bilər.
"Medicina" xəbər verir ki, Britaniyanın Qaraciyər xəstəlikləri fondu ağızdan gələn şirin qoxulu nədəsin qaraciyər xəstəliyində ola biləcəyini açıqlayıb.
Qaraciyərin piylənməsi zamanı da nəfəs şirin olur. Qaraciyər toksinləri parçalayıb orqanizmdən çıxaran orqandır.
O xəstə olanda kimyəvi maddələr qanda toplanır, bu da baş beyində dəyişiklik yaradır və qaraciyər ensefalopatiyası yaradır.
Qaraciyər ensefalopatoyasının əsas əlamətləri: huşun dumanlanması, unutqanlıq, şəxsiyyətin dəyişməsidir.
Eləcə də ağızdan kəskin şirin qoxu xroniki qaraciyər xəstəlikləri və kəskin çatışmazlıqda yaranır.
Orqanın xəstəliyi zamanı ağızdan qoxu ilə yanaşı bu simtpomlar da ola bilər:
- Qıcolmalar
- Əllərin titrəməsi
- Sinir oyanıqlığı
- Aydın olmayan nitq
- Yuxululuq
- Əzginlik, hərəkətlərin yavaşıması
Aygün Musayeva