Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağızda zəhər kimi acı dadın 5 səbəbi

  • 2023.12.14 20:21
  • 1985 Baxış
Ağızda zəhər kimi acı dadın  5 səbəbi

Ağızda xoşagəlməz acı dad o halda normal hesab edilir ki, insan turş, acı qida yesin. Əgər bu dad adi halda, çox tez-tez olursa, bu artıq orqanizmdə pozulma və xəstəliklərdən xəbər verir.


“Medicina” xəbər verir ki, tibdə ağızda acı dadın adı disgeziya adlanır.

Onun dadı metal, turş, duzlu, acılı, hətta dərman adı ola bilər.

Və bu tam dişləri yuyandan sonra da getmir.

“Medicina” ağızda acı dadın 5 səbəbini təqdim edir.

1. Hamiləlikdə - ikinci trimestrdə hormonal problemlərdən olur.

2. İnfeksiyalar – burun, boğaz, ağız, tənəffüs yolları bakteriyaları toksinlər ifraz edir.

3. Mədənin turşuluğu, reflüks – qida sfinkteri zəifləyəndə mədədəki şirəsi qida borusuna, boğaza axır, sıçrayır. Bu zaman yanma, göynəmə, ağızda acı, turş dad olur.

4. Dərmanlar – 250 dərman preparatı ağızda dad dəyişikliyi, ümumilikdə həzm pozuntusu yarada bilir. antibiotiklər, kimyadərmanları, ürək, təzyiq dərmanları, psixotrop dərmanlar, ağrıkəsicilər, bəzi vitaminlər.

5. Qaraciyər, öd kisə xəstəlikləri – öd kisəsi, öd yollarının iltihabı, diskineziya, qaraciyərin hepatit və sirrozunda ağızda qoxu, dad olur.

Ağızda dada hansı problemin səbəb olduğunu həkim təyin edib, ona uyğun müalicə, çıxış yolu tapmalısız.

Aygün Musayeva