Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağızda bu 3 dad nədər xəbər verir?

  • 2023.06.05 16:27
  • 2141 Baxış
Ağızda bu 3 dad nədər xəbər verir?
Ağızda tez-tez və uzun müddət davam edən pis dad ölümcül xəstəliklər də daxil olmaqla bəzi problemləri göstərə bilər.


“Medicina” xəbər verir ki, insan ağızda və nəfəsində şirin tam hiss edə bilər. Bu diabetik ketoasidozu göstərir. Bu zaman bədən qlükoza olmadıqda yağdan enerji mənbəyi kimi istifadə edir.

Bu simptom adətən diabetli insanlarda müşahidə olunur. Digər əlamətləri: şiddətli susuzluq, quru dil, tez-tez sidiyə getmə, ürəkbulanma və qarın ağrısıdır.

Mütəxəssislərin fikrincə, ağızda mis dadı təhlükəli infeksiyalardan xəbər verə bilər. Onlar tez-tez tonzillit kimi yuxarı tənəffüs yollarının xəstəlikləri ilə əlaqələndirilir.

Bu zaman öskürək və bəlğəmin axması dad reseptorlarına təsir edir. Ağızda duz dadı orqanizmin susuz qaldığını göstərir. Bu, tüpürcək istehsalının azaldığını göstərə bilər.

Aygün Musayeva