Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağız yaralarına DİQQƏT! - Xərçəngə yol açır

  • 2025.01.29 09:02
  • 690 Baxış
Ağız yaralarına DİQQƏT! -  Xərçəngə yol açır

Ağızda sağalmayan yaralar xərçəngə yol açır.

Medicina.az xəbər verir ki, ağızdakı qırmızı və ağ ləkələr bəzən ciddi sağlamlıq problemlərinin və hətta ağız xərçənginin əlaməti ola bilər, lakin bu həmişə belə deyil.

Ancaq sağalmayan yaralar zamanı diqqətli olmaq və mütəxəssisə müraciət etmək lazımdır.


MÜMKÜN SƏBƏBLƏR

Ağız infeksiyaları:

Travma, düzgün olmayan diş fırçalama və ya isti yemək/içki nəticəsində baş verə bilər.

Dilin ağarması:

Xüsusilə immunitet sistemi zəiflədikdə baş verir.

Liken Planus:

İmmunitet sistemi ilə əlaqəli xroniki bir vəziyyətdir.




Leykoplakiya:

Ağ lövhələr kimi görünə bilər və adətən siqaret və spirt ilə əlaqələndirilir.

Eritroplakiya:

Qırmızı ləkələr daha çox diqqət tələb edən və bəzən xərçəngə çevrilmə riski daşıyan bir vəziyyətdir.

NƏ ZAMAN TƏHLÜKƏLİDİR?

Ləkə iki həftədən çox qalırsa;

Ağrısız, lakin daim böyüyən ləkələr;

Udqunmada çətinlik və ya dilin uyuşması;

Qanama və ya qabıqlanma;

EVDƏ TƏTBİQ EDİLƏ BİLƏN TƏBİİ ÜSULLAR

Ağız yaraları adətən bir neçə gün ərzində öz-özünə sağalır.





Bununla belə, sağalmanı sürətləndirmək və ağrıları aradan qaldırmaq üçün bəzi üsullardan istifadə edə bilərsiniz:

Duzlu su ilə qarqara:

Bir stəkan isti suya yarım çay qaşığı duz əlavə edin.

Gündə 2-3 dəfə qarqara edin.

Soda:

Çörək sodasını su ilə qarışdıraraq pasta hazırlayın və yaraya çəkin.

Bir neçə dəqiqə saxlayın və ağzınızı yaxalayın.

Bal:

Balın təbii antibakterial xüsusiyyətləri sağalmanı sürətləndirər.

Yaraya nazik bir təbəqə ilə tətbiq edin.

Çobanyastığı çayı:

Çobanyastığı çayı ilə ağzınızı yaxalamaqla iltihabı azalda bilərsiniz.

Aloe vera:

Təzə aloe vera gelini birbaşa yaraya çəkin.

Dərman müalicəsi:

Antiseptik ağız qarqaraları:

Ağızdakı bakteriyaları azaldır.

Anestezik gel:

Ağrıları aradan qaldırmaq üçün yaraya tətbiq oluna bilər.

Vitamin B12 əlavəsi:

B12 çatışmazlığından yaranan ağız yaralarında təsirlidir.

DİQQƏT EDİN

Turşu, ədviyyatlı və duzlu qidalardan uzaq durun.

Siqaret və spirtdən uzaq durun.

Dişləri fırçalayarkən yumşaq bir fırça istifadə edin

Aygün
Medicina.az