Medicina.az ağız yaraları üçün bəzi təbii üsulları təqdim edir:
1. DUZLU SU
Bir stəkan isti suya yarım çay qaşığı duz əlavə edib qarışdırın. Bu qarışıqla gündə bir neçə dəfə ağzınızı yaxalayın.
Antibakterial xüsusiyyətləri ilə infeksiyanı azalda və yaraların daha tez sağalmasına kömək edə bilər.
2. SODA
Sodaya biraz su əlavə edərək məcun hazırlayın və yaraya çəkin. Bir neçə dəqiqə gözlədikdən sonra ağzınızı yaxalayın.
Bu, sağalmanı sürətləndirə və infeksiyanın qarşısını ala bilər.
3. BAL
Təmiz balı nazik təbəqə yaraya çəkin. Gündə 2-3 dəfə təkrarlayın.
Antibakterial və nəmləndirici xüsusiyyətləri sayəsində ağrıları aradan qaldıra və sağalmanı sürətləndirə bilər.
4. KOKOS YAĞI
Təmiz pambıq çubuqdan istifadə edərək yaraya kokos yağı çəkin. Gündə bir neçə dəfə təkrarlayın.
Antibakterial xüsusiyyətləri ilə infeksiyanın qarşısını almağa kömək edər.
5. ALOE VERA
Təzə aloe vera yarpaqlarından olan geli yaraya çəkin. Gündə 2-3 dəfə tətbiq edin.
Sakitləşdirici təsiri ilə ağrıları aradan qaldıra və sağalmanı sürətləndirə bilər.
6. ÇOBANYASTIĞI ÇAYI
Çobanyastığı çay paketini bir stəkan qaynar suya qoyun, dəmləyin və ilıq olanda qarqara edin.
Çobanyastığı iltihab əleyhinə xüsusiyyətlərə malikdir və yarada ağrıları aradan qaldıra bilər.
7. QATIQ
Hər gün qatıq yeyin.
Probiyotiklər ağızda bakteriyaların sağlam balansını yaradaraq şəfa verməyə kömək edə bilər.
8. ALMA SİRKƏSİ
Bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Bu qarışıqla qarqara edin.
Yaraların təmizlənməsinə kömək edər.
.
9. ÇOXLU SU İÇİN
Ağızdakı yaralar tez-tez təkrarlanırsa və ya uzun müddət keçmirsə, mütləq həkimə müraciət etməlisiniz.
Aygün Nəbiyeva
Medicina.az