Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağız qoxusu hansı xəstəliklərin xəbərçisidir?

  • 2019.09.18 14:53
  • 7211 Baxış
Ağız qoxusu hansı xəstəliklərin xəbərçisidir?

Ağız qoxusu həm şəxsi, həm də ictimai həyata mənfi təsir göstərən problemdir. O, təkcə ağız və diş sağlamlığı barədə deyil, həm də ümumi sağlamlıq haqqında ipucları verir.



Səhərlər hər bir insanda ağız qoxusu müşahidə edilə bilər. Çünki buna gecə boyunca dilin üzərində çoxalan bakteriyalar, həmçinin həzm sistemində yığılan qazlar səbəb olur. Bu vəziyyətlə üzləşdikdə dişləri və dili diş fırçası ilə təmizləmək, lazım gəlsə, tərkibində sink olan xüsusi məhsulla ağzı qarqara etmək olar.



Qidalandıqdan sonra ağız qoxusunun müşahidə edilməsi normaldır. Sarımsaq yesəniz, bütün gün, ağzınızdan sarımsaq qoxusu gələcək. Bu, soğan üçün də keçərlidir. Odur ki, bu tip qoxulardan xilas olmağın ən asan yolu xüsusi ağız spreyləridir. Gündə bir-iki dəfə bu spreylərdən istifadə etmək olar.

Bəzi hallarda ağız qoxusu xəstəlik kimi qəbul edilir və dərhal müalicə olunması vacibdir: Müalicəsi vacib olan ağız qoxusu "halitosiz” adlanır. Bu xəstəlik, adətən, diş, diş əti, damaqlardakı iltihablar səbəbindən yaranır. Əgər dişlərdə, damaqda, ümumiyyətlə, ağız boşluğunda heç bir problem yoxdursa və ya bunların müalicəsindən sonra da qoxu davam edirsə, onda ağız qoxusuna səbəb ola biləcək amili tapmaq üçün müayinədən keçin. Belə ki, tənəffüs yolu iltihabı, şəkər xəstəliyi, qaraciyər və böyrək çatışmazlığı, maddələr mübadiləsinin pozulması, hamiləlik də ağız qoxusuna səbəb ola bilər.


Ağız qoxusundan xilas olmaq üçün:

Çoxlu su için. Şirniyyatlardan uzaq durun. Qidaları yaxşı çeynəyin. Saqqız çeynəyin. Nanəli diş məcunundan istifadə edin. Siqareti tərgidin.
Ağız qoxusu hansı xəstəliklərin xəbərçisidir?
Ağız qoxusu hansı xəstəliklərin xəbərçisidir?