Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağız qarqaralarındakı TƏHLÜKƏ – Xərçəngə səbəb olur!

  • 2024.06.24 15:07
  • 1041 Baxış
Ağız qarqaralarındakı TƏHLÜKƏ –  Xərçəngə səbəb olur!
Alimlər məşhur ağız qarqaraları ilə bağlı xəbərdarlıq ediblər.

Medicina.az xəbər verir ki, Belçikanın Antverpen şəhərindəki "Institute of Tropical Medicine"nin tədqiqatçıları bəzi ağız qarqaralarının çox təhlükəli olduğunu bildiriblər.

Onların sözlərinə görə, sözügedən ağız qarqaralarından hər gün istifadə xərçənglə nəticələnə bilər. Buna səbəb isə həmin məhsulların tərkibindəki spirtdir.

Bildirilir ki, hər gün tərkibində spirt olan bu məhsulları istifadə etmək ağız boşluğunda xərçəngin yaranmasına, həmçinin kolorektal və qida borusu xərçənginə səbəb ola bilər.

“İnsanları tərkibində spirt olan ağız qarqaralarından istifadə etməməyə çağırırıq”, - deyə araşdırmanın müəlliflərindən biri olan professor Kris Kenyoni deyib.

O, “Telegraph” qəzetinə açıqlamasında hər gün bu cür məhsuldan istifadənin ölümcül təhlükəli olduğunu vurğulayıb.


Aysel