Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağız qarqaraları koronavirusu öldürə bilərmi?

  • 2022.10.08 13:10
  • 1815 Baxış
Ağız qarqaraları  koronavirusu öldürə bilərmi?
Hokkaydo Universitetinin tədqiqatçıları təsdiq ediblər ki, ağzın qarqara edilməsi virus yükünü azaltmaqla COVID-19 patogenlərini öldürə bilər.


Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda alimlərin məqaləsi dərc olunub.


Tədqiqatlar göstərib ki, setilpiridinium xlorid (CPC) ilk növbədə viral hissəcikləri əhatə edən lipid membranını məhv edərək, ağızda SARS-CoV-2-nin viral yükünü effektiv şəkildə azaldır. Bənzər təsirlərə malik digər kimyəvi maddələr olsa da, CPC dadsız və qoxusuz olma üstünlüyünə malikdir.


Təcrübə zamanı CPC-nin koronavirusun hüceyrəyə nüfuz etməsi üçün zəruri olan transmembran serin proteaz 2 (TMPRSS2) ifadə edən hüceyrə kulturalarına təsiri sınaqdan keçirilib. Test edilmiş dörd ştamm üçün - ana, alfa, beta və qamma - hər milli litrdə 40 mikroqram (µg/ml) CPC konsentrasiyası virus titrini əhəmiyyətli dərəcədə azaldır. 30-50 μg/ml tətbiq edildikdən sonra 10 dəqiqə ərzində CPC SARS-CoV-2-nin yoluxuculuğunu və hüceyrələrə yoluxma qabiliyyətini basdırır.