Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağız gigiyenasına əhəmiyyət verməmək ürək xəstəliklərinə səbəb olur

  • 2024.04.15 20:02
  • 884 Baxış
Ağız gigiyenasına əhəmiyyət verməmək  ürək xəstəliklərinə səbəb olur
Ağız və ürək sağlamlığı arasında əlaqə aşkarlanıb.

Medicina.az xəbər verir ki, Tokio Tibb və Dental Universitetinin alimləri ümumi ağız patogeninin koronar ürək xəstəliyi ilə əlaqəsini kəşf ediblər.

Məlum olub ki, “Porphyromonas gingivalis” adlanan ağız bakteriyası infarktdan sonrakı bərpa prosesinə mane ola bilər. Çünki, həmin bakteriya ürəkdə də aşkarlanıb.

Bildirilib ki, ürək əzələlərini lazımi qida və oksigenlə təmin edən koronar arteriyalar tıxandıqda infarkt meydana gəlir. Bu, ürək əzələsinin əsas qidalardan məhrum olması və miyositlərin ölümü ilə nəticələnir.

Araşdırma ağız infeksiyası ilə mübarizənin ölümcül ürək ağırlaşmaları riskini azaltmaqda fayda verə biləcəyini göstərir.

Qeyd edək ki, araşdırmanın nəticələri “International Journal of Oral Science” jurnalında nəşr olunub.


Aysel