Ağız boşluğunun özündə xərçəng şişi inkişaf edə bilir.
İlk başda heç bir simptom hiss edilmir.
“Medicina” xəbər verir ki, stomatoloq Erika Sotnikova əsas 3 əlaməti açıqlayıb.
“Ağızda mütəmadi quruma, qəribə xoşagəlməz qoxu, eləcə də boyunda, çənə altında limfa düyünlərində böyümə ola bilər. Ağız içi şiş çox zaman kiçik yara, xora şəklində başlayır, sonra o böyüyür. Ağrı şiş, düyün artıq xeyli böyüdükdə olur.
Digər simptomları ağız içində keyimə, ləkələr, bərkimədir.
Bu xərçəng irsi ola bilər, narkotik istifadəçiləri, QİÇS xəstələri, siqaret çəkənlər, protez, breket ölçüsü düz olmadığından sürtünmə, yara, kariyesi, dil pirsinqi edənlər risk altındadır.
Ağız boşluğunda hər hansı problem zamanı mütləq stomatoloq baxışı olmalıdır. Güzgüdə baxmaqla siz şiş görməyəcəksiz.
Eləcə də dırnaqları çeynəmək, ağızda çürük dişi saxlamaq vərdişindən əl çəkməlisiz”.
Aygün