Böyrəklərinizin yaxşı işləmədiyini stomatoloq diş və ağız boşluğunuza baxaraq görə bilər.
"Medicina" xəbər verir ki, terapevt İrina Andreyeva 4 əlaməti açıqlayıb.
"Əgər sizin ağzınızda tez-tez yara, xoralar əmələ gəlirsə, bu böyrəklərin xəstəliklərinə işarədir.
Bu vəziyyət dad dəyişməsi və ağızda daim quruluğa da gətirib çıxara bilər.
Ağız quruduqda, turşuluq çoxalır, nəticədə dişlər çürüyür.
Dişlərin çürüyüb tökülməsi də birbaşa böyrəklərlə bağlıdır.
Böyrəklərin xəstə olduğunu göstərən digər əlamətlər:
- Çəkinin azalması
- Pis iştah
- Əl-ayağın şişkinliyi
- Sidikdə dəyişiklik
- Əzələ spazmları
- Baş ağrıları
- Ürəkbulanma
Aygün Musayeva