Ağız boşluğunun disbiozu ürək-damar xəstəliklərinin inkişafında vacib amillərdən biridir. Müasir tədqiqatlar ağız boşluğunun mikroflorasının vəziyyəti ilə ürək-damar xəstəlikləri (ÜDX) (Amano A., Inaba H., 2012), şəkərli diabet (Preshaw P.M. et al., 2012), piylənmə (Pishon N. et al., 2007) və metabolik sindrom (Marchetti E. et al., 2012) kimi iltihab komponenti olan sistemli patologiyaların inkişaf riski arasında sıx əlaqəni göstərir.
Normalda ağız boşluğunda fizioloji və patogen mikroflora arasında bioloji tarazlıq saxlanılır, lakin bu balans müxtəlif amillərlə (qidada şəkər çoxluğu, diş və dilin düzgün təmizlənməməsi, ara öyünlər..) daim pozulur ki, bu da patogenlərin sayının artmasına səbəb olur. Ağız boşluğunda 700-dən çox müxtəlif növ bakteriya (Kazor C.E. et al., 2003), dişlərin səthində və periodontal cib nahiyəsində - 400 növ bakteriya (Paster B.J. et al., 2001) müəyyən edilib.
Bu bakteriyalar bir çox zəhərli maddələr ifraz edir: lipopolisaxaridlər (LPS)- (endotoksindir, mikrosirkulyasiyanı pozur, diş əti toxumasında kollagen sintezini azaldır), ammonyak, hidrogen sulfid, indol, hidrolitik və proteolitik fermentlər.
Həmçinin, endodontik və periodontal infeksiyaların yayılmasının birbaşa diş prosedurları (dişlərin çıxarılması, endodontik müalicə, periodontal cərrahiyyə və diş lövhəsinin çıxarılması) ilə əlaqəli olmasına dair kifayət qədər sübutlar var (Forner L. et al., 2006; Roberts G.J. et al., 2006; Tomas I. et al., 2007). Beləliklə, periodontopatogen mikroflora həm epitelin toksinlər ilə tamlığının pozulması, həm də diş prosedurları nəticəsində ağızdakı kolonizasiya yerindən hematogen yol ilə ürəyə, ağciyərlərə və s. çata bilir.
Müasir məlumatlara görə, ağız boşluğu mikroflorasındakı disbalans orqanizmin ümumi reaktivliyində kompleks dəyişikliklər yaradır. Məhz buna görə dentoalveolyar xəstəliklərin öyrənilməsi ağız boşluğunun mikroflorası ilə sistemli iltihabi xəstəliklər arasındakı əlaqə baxımından çox aktualdır.
Ağız boşluğu mikroflorasının ÜDX-nin inkişafına təsiri
Koronar arteriyaların xəstəliyi, miokard infarktı, stenokardiya, arterial hipertoniya, periferik arteriyaların xəstəlikləri, həmçinin insultun inkişafında xroniki infeksiya və iltihab aparıcı amildir (Kaidashev I. P., 2012).
Periodontopatogen mikroflora yerli və sistemli xroniki iltihabın əsas mənbəyidir və ürəyin koronar xəstəliyi üçün müstəqil risk faktorudur. Qan və qan damarlarının ateromatoz düyünlərində ağız boşluğu bakterial mikroflorasının mövcudluğuna dair məlumatlar böyük maraq doğurur. Daim persistə edən ağız mikrobiotası aterosklerozun inkişafına iki yolla səbəb olur:
-birbaşa - bakteriyalar qan dövranı ilə damar endotelinə nüfuz edərək endotel disfunksiyasına, iltihaba və ateroskleroza səbəb olur (Haraszthy V.I. et al., 2000)
-dolayı yolla - aterogen və proinflamator təsirli mediatorların aktivləşdirilməsi ilə (Loos B.G. et al., 2000)
Hər iki yol aterosklerozun əsas əlamətlərinin, o cümlədən, endotel disfunksiyasının, sistemli iltihabın, trombositlərin aqreqasiyası və ateromatoz düyünlərin əmələ gəlməsinə səbəb olur.
Periodontopatogen bakteriyaların (P.Gingivalis) trombositləri aktivləşdirməsi yerli trombların əmələ gəlməsinə, proinflamator sitokin və mediatorların ifrazının aktivləşməsinə gətirir ki, bu da aterosklerozu əhəmiyyətli dərəcədə gücləndirir.
Aterosklerozun inkişafı və proqressivləşməsində sistemli iltihab prosesləri mühüm rol oynayır. Epidemioloji tədqiqatlar göstərdi ki, ÜDX-nin inkişaf riski birbaşa sitokinlərin (IL-1, IL-6, TNF-α), kəskin faza zülallarının (CRP və fibrinogen) və LDL səviyyəsinin artmasından asılıdır (Ridker P.M. et al., 2002). Müəyyən edilmişdir ki, periodontitli xəstələrin qanında kəskin faza zülalların (CRP və haptoqlobin) və proinflamator sitokinlərin (IL-1, IL-6, IL-8 və TNF-α) səviyyəsi də yüksəkdir (Çun). Y.H. və b, 2005; Loos B.G., 2005).
Problemin aktuallığını nəzərə alaraq, ÜDX-nin inkişafı və irəliləməsində mühüm etiopatogenetik amil olan periodontopatogen mikrofloranı dəf etmək üçün effektiv profilaktik və müalicəvi tədbirlər zəruridir:
1. Fərdi və peşəkar ağız gigiyenası
-dişlərin zamanında müalicəsi, diş daşının təmizlənməsi
-dişlərin gündəlik fırçalanması (səhər məcun ilə, axçam məcunsuz)
-gündəlik floss ilə təmizləmə
-səhər-axşam dilin təmizlənməsi
-hər yeməkdən sonra ağızı ilıq su ilə yaxalamaq
2. Ağız boşluğunun özünütəmizləməsi; burada əsas rolu tüpürcək vəziləri oynayır.
Müasir qidalanma ilə ağız boşluğunun özünütəmizləməsi çətinləşir (yumşaq, üyüdülmüş qidalar dişlərarası boşluqlarda, diş ətinin dibində, dişlərin boyun nahiyəsində, kariyes boşluqlarında asanlıqla toplanır və ağız boşluğu mikroflorası üçün qidalı mühit yaradır). Ağız suyunun tərkibinin tənzimlənməsində yeməyin tərkib və xassəsi güclü amildir. Bu baxımdan vacibdir:
- kobud lifli qida (xüsusilə ağız suyunu stimullaşdıran kəskin və turş dadlı)
- gündə 2-3 dəfə, ara öyün olmadan, təmiz fasilələrlə yemək
-yeməyi ağız suyunun ifrazını artıran sərt qida ilə bitirmək (turp, kök, xiyar)
3. Sadə karbohidratların məhdudlaşdırılması
Ağız boşluğunda karbohidratların mübadiləsi üzvi turşuların əmələ gəlməsi ilə başa çatır, onların təsiri yerli pH-ın dəyişməsinə və demineralizasiyanın artmasına səbəb olur
4. İltihabəleyhinə terapiya (dental praktikada bu məqsədlə aparılan antibakterial terapiya bir çox yan təsirlərə malikdir).
İnteqrativ təbabətdə ağız boşluğunu sanasiya etmək, iltihabı söndürmək, mikrosirkulyasiyanı yaxşılaşdırmaq üçün kompleks biotənzimləyici və izopatik terapiya uğurla istifadə olunur.
Biotənzimləyici dərman olan Traumeel iltihabəleyhinə təsir edərək,
-iltihablehinə interleykinləri - TNF-alfa, İl 1 β, il-6, İl-8-i azaldır.
-iltihabəleyhinə sitokinləri – TGF-β, İl-10 artırır.
-iltihabı sonlandıran sitokinlərin sintezini yaxşılaşdırır (rezolvin, marezin, protektin və lipoksini artırır) - -immunmoduləedici, antihemorragik, venotonik, mikrosirkulyasiyanı yaxşılaşdıran, regenerasiyaedici xassələrə malikdir. Symphitum komponentinə görə sümüküstlüyünün iltihabını aradan qaldırır. Tsiklooksigenaza və prostaqlandinləri birbaşa inhibə etmir.
Ağız boşluğunda yerli iltihabı aradan qaldırmaq üçün –Vinceel
-ağız boşluğu selikli qişalarının iltihabını azaldır
-ağız boşluğunda olan irinli yaraları sağaldır
-diş ətinin qanamasını dayandırır
Müxtəlif durulaşmalı Limon turşusu tərkibli Citrokehl preparatı iltihab nəticəsində yaranan asidoz və onunla müşayiət olunan xəstəliklər, həmçinin:
-arteriya və venaların xəstəlikləri (tromboflebit, ateroskleroz)
-parodontoz, gingivit, diş əti qanamaları, kariyesdə asidozu aradan qaldırır, mikrosirkulyasiyanı yaxşılaşdırır, damar keçiriciliyini azaldır, kollagen sintezini tənzimləyir.