Xalq artisti Ramiz Novruz bir neçə aydır mübarizə apardığı ağır xəstəlikdən sağaldığını bildirib.
"Medicina" xəbər verir ki, aktrisa Məlahət Abbasova aktyorla birgə Milli Teatrda çəkdirdiyi şəkilləri paylaşıb.
"Hər Bakıya gələndə Akademik Milli Dram Teatrına gedirəm. Mənə əziz olanlarla görüşər, tamaşaları seyr edərəm.
Ramiz Novruz, Anar Heybətovla Münəvvər Əliyevanın tək oynadığı "Medeya" tamaşasının premyerasında görüşdük. Harada oluramsa, olum hər zaman mənimləsiniz, sizləri çox sevirəm" - deyə aktrisa yazıb.
Xalq artistinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilsə də o bunu təsdiq etməmişdi. O, Bakıda Bona Dea xəstəxanasında müalicə almışdı.
Aygün Musayeva