32 hestasiya həftəsində doğulan körpələr ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (ETPİ) çatdırılıb. Körpələrə doğuş zamanı son dərəcə az bədən çəkisi, yenidoğulmuşun tənəffüs pozğunluğu,neonatal sarılıq diaqnozları qoyulub.
"Medicina" xəbər verir ki, Anesteziologiya Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri Xalidə Mustafayeva və müalicə həkimi Aynur İsmayılova tərəfindən aparılan planlı müalicələrdən sonra körpələrin çəkiləri artıb və vəziyyətləri yaxşılaşıb.