Medicina.az xəbər verir ki, 69 yaşlı müğənni dəfələrlə özünü yaxşı hiss etmədiyini bildirib:
“13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.
Bəs sənətçi ağır halda olmasına baxmayaraq nə üçün xəstəxanaya yerləşdirilmədi?
Məsələ ilə bağlı Bakupost.az TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, TƏBİB bu işlə məşğul deyil:
“TƏBİB stasionar şəraitə müalicə işi məşğuldur. Kovid xəstələrini xəstəxanaya Təcili Tibbi Yardım yerləşdirir”.
Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən tanınmış müğənni 2007-ci il martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra müğənniyə Türkiyədə qaraciyər köçürülmüşdü.