Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağır VACTERL sindromlu körpə müalicə edildi

  • 2023.01.19 15:01
  • 1987 Baxış
Ağır VACTERL sindromlu körpə müalicə edildi
VACTERL sindromu ilə doğulan körpə olduqca ağır vəziyyətdə Səhiyyə Nazirliyinib K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.



Nazirlikdən Aztibb.az-a bildirilib ki, körpəyə VACTERL sindrom, V (vertebra) - onurğa sütununda olan hər hansı bir defekt, A (atreziya) - qida borusunun hissəvi atreziyası, anusun atreziyasi, yəni olmaması, C (cor) - ürəyində qulaqcıqlar və mədəciklər arası defekt, T (traxeoezofaqial fistul) - traxeyanın qida borusuna birləşməsi ilə olan qüsur, R (renal) - bir böyrəyin anadangəlmə multikistozu və L (limp) - ətrafların qüsuru diaqnozları qoyulub.


Körpə uğurla əməliyyat olunub. Ailənin yaşayacağına heç inamı olmadığı körpənin tənəffüsü rahat, huşu aydın, əmziklə qidalanır, ciyərləri təmiz , fizioloji aktlar sərbəst adekvatdır. Onun sağlamlığına qovuşmasında Yenidoğulanların reanimasiya şöbəsinin müdiri Xalidə Mustafayeva, müalicə həkimi Günay Salehova və həkim-cərrah Sabir Novruzovun böyük rolu olub.

Bir ay planlı intensiv müalicələrdən sonra körpə sağ-salamat evə yola salınıb.