Azərbaycanda bir məhkəmənin 4 hakimində koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.
S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsindən “Report”a faktı təsdiqləyiblər.