Nevroloqlar demensiya riskini azaltmaq üçün profilaktik metodu açıqlayıb.
“Medicina” xəbər verir ki, Kaliforniya universitetinin alimləri yaşlı qadınlar üzərində təcrübə aparıb.
Onlar sübut edib ki, çox piyada gəzən, fiziki aktiv olan yaşlı qadınlarda demensiya yaranması şansı azalır.
Alimlər 65 yaşdan yuxarı 1277 nəfər qadın barədə tibbi məlumatları toplayıb.
Qadınlar 7 gün ərzində qollarına addımölçən taxaraq, gündəlik işləri ilə məşğul olublar.
Analiz göstərib ki, hər gün əlavə 31 dəqiqə addım və fiziki aktivlik demensiya riskini 31% azaldır.
Əlavə olaraq, 1865 addım demensiya şansını 31% azaldıb.
Evdə çox oturan, televizora baxan, yatan yaşlılarda demensiya yüksək faizdə olub.
Yaşlılara ev içində gəzişmək, yüngül iş, bağçılıq, açıq havada gəzmək tövsiyə edilir.
Belə olan halda demensiya, o cümlədən Alsgeymerin qarşısı alına bilir.
Məlumdur ki, demensiya qadınlarda daha çox rast gəlinir.
Aygün Musayeva