Tələblərə
əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B
qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu,
şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən
azı 2-i içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur.
Tərkibində bu komponentlərdən yalnız kafein istifadə edilərsə, onun
miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi
sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq,
taurin maksimum miqdarı 400 mq, inozitol 20 mq, qlükoronolakton 250 mq,
kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin
istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir.
Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə
payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi
kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C – 18°C
temperaturda daşınmalı və saxlanmalıdır.
Enerji
içkilərinin etiketlərində mütləq "enerji içkisi”, "tərkibində GMO
yoxdur”, "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə
edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır”,
"Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin
pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən,
sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm
problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq
500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd
edilməlidir.
2020
- ci ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin
istehsalı və idaxlı müvafiq norma və qayadalara uyğun olaraq
tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və
istehsalına qadağa qoyulacaqdır.
Qeyd
edək ki, yeni qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə
ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar
üçün nəzərdə tutulan xüsusi içkilərə şamil olunmur.
Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının
qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində
tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının
pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması
istiqamətində ən sərt tədbirlər həyata keçirəcəkdir.