İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 65 ədəd təcili yardım avtomobili satın alacaq.
Medicina.az xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tenderin qalibi “Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qeyd edək ki, yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobillərinin satın alınması üzrə tenderin maliyyə tutumu 7 milyon 908 min 900 manatdır.