Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Ləki kəndində qeydə alınıb. Kənd sakini olan bir çağırışçının hərbi xidmətdən qayıtması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edən qonaqlardan 14-nün yeməkdən sonra halı pisləşib. Onlardan 8-nə zəhərlənmə əlamətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib. Qalan 6 nəfəri - Pirəzə kənd sakini, 2000-ci il təvəllüdlü Mustafayeva Rəqibə Söhrab qızı, Aşağı Ləki kənd sakinləri - 1990-cı il təvəllüdlü Abdullayeva Bibixanım Feruz qızı, 1960-cı il təvəllüdlü Abdullayev Abdulla Abdurrəhman oğlu, 1984-cü il təvəllüdlü Abdullayeva Nigar Namizəd qızı, 1996-cı il təvəllüdlü Abdullayeva Zərifə Teyyub qızı və 1988-ci il təvəllüdlü Abdullayev Orxan Yaşar oğlunun vəziyyəti ağır olduğu üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qonaqların ət yeməyi və ya paytaxt salatından zəhərləndiyi ehtimal edilir. Zəhərlənmənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.