Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağdaşda 2 körpənin ölümünə görə Ginekoloqlara həhs cəzası

  • 2024.04.22 16:05
  • 833 Baxış
Ağdaşda 2 körpənin ölümünə görə    Ginekoloqlara həhs cəzası

Ağdaş Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Ziyafət Rüstəmova və Rahilə Xəlilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ziyafət Rüstəmova 1 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Rahilə Xəlilova isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.

Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 23-nə təyin edilib.

Qeyd edək ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində 2022-ci il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş Rayon Prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla həkim-ginekoloq Ziyafət Rüstəmova və həkim-neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstəmovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yenidoğulmuşların ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.