Ağdamda antibiotik iynəsinin vurulmasından sonra şoka düşən qadın vəfat edib.
"Medicina" xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində baş verib.
1950-ci il təvəllüdlü Ofeliya Tanrıverdiyeva antibiotik iynəsinin vurulmasından sonra ağır vəziyyətə düşüb. O, koma vəziyyətində xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.