Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağdam xəstəxanasında kütləvi zəhərlənmə

  • 2022.08.09 14:52
  • 1300 Baxış
Ağdam xəstəxanasında  kütləvi zəhərlənmə
Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə Medicina.az -a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.


Məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 nəfər yüngül dərəcədə zəhərlənib. Faktla bağlı araşdırma aparılır.


***



Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.

İlkin məlumata görə, şöbədə çalışan 12 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.