Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbin direktoru Sudeyib Məhərrəmov müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Direktor Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yalnız məktəbdə deyil, kənddə də insanlar koronavirusa yoluxub:
“Temperaturu olan uşaqların dərsə buraxılmasına icazə vermirik. Oktyabrın 15-də məktəbimizin iki müəlliminin temperaturu yüksək olduğu üçün dərsə gəlməyib. Bir müəllimimizdə koronavirus testi pozitiv çıxdığı üçün dərsə buraxılmır”.
O qeyd edib ki, məktəbdə xəstəliyin yayılması ilə bağlı Ağdam Rayon Təhsil Şöbəsinə məlumat verib:
“Oradan mənə bildirildi ki, rəsmi sənədlər Təhsil Nazirliyinə göndəriləcək. Dərslərin distant formada keçirilməsi üçün qərar verilə bilər”.