Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyərlərinizin necə işlədiyini bu müayinə ilə öyrənə bilərsiz - Rentgenin göstərmədiyini göstərir

  • 2020.05.12 16:06
  • 2350 Baxış
Ağciyərlərinizin necə işlədiyini bu müayinə ilə öyrənə bilərsiz   - Rentgenin göstərmədiyini göstərir

Ağ ciyəri zədələyən Covid - 19 virusu və digər bakterial infeksiyalar nəticəsində ağ ciyərlərdəki hava keçiriciliyi, qandakı oksigenin miqdarının azalması halları baş verir. Bunu təyin etmək üçün spirometriya cihazı tez bir zamanda, ağrısız, informativ nəticə verir.


SPİROMETRİYA NƏDİR?

Spirometriya – tənəffüs hərəkətini müəyyən edən funksional testdir. Test ağ ciyərlərin funksiyasını, həyat tutumunu təyin edir. Spirometriya vasitəsilə tənəffüs yollarının keçiriciliyi, hava axını sürətinin məhdudlaşması yoxlanılır.
Qısa müddətdə, qeyri-invaziv, ağrısız, asan başa gələn üsuldur, sadəcə nəfəs alıb verməklə və üfürməklə həyata keçirilir.


Göstərişlər hansılardır?

• Bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi, sarkoidoz və s. ağciyər xəstəliklərinin diaqnostikasında və ağırlıq dərəcəsinin təyin olunmasında
• Müalicənin effektivliyinin dəyərləndirilməsi, sonrakı müalicə taktikasının seçilməsi
• Xəstəliyin proqnozunun qiymətləndirilməsi

• Siqaret çəkənlərdə ağciyərlərin funksiyasının qiymətləndirilməsi
• Əməliyyat öncəsi və sonrası xəstələrdə tənəffüs funksiyalarının dəyərləndirilməsi
• Obstruktiv, restriktiv xəstəlikləri differensasiyası

Spirometriya müayinəsindən keçmək üçün ünvan:




Aygun Musayeva


3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında


(012) 430 89 89;

(012) 430 35 17

(050) 265 66 99 / 265 66 00