Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyərlərin zədələnməsinin qarşısını alan yeni dərman hazırlandı

  • 2024.04.17 11:22
  • 613 Baxış
Ağciyərlərin zədələnməsinin qarşısını alan  yeni dərman hazırlandı
Yeni hazırlanmış dərman qripdən qaynaqlanan iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını alır.

Medicina.az xəbər verir ki, bu barədə “Nature” elmi jurnalında dərc olunan araşdırmada bildirilir.

Tədqiqatçılar iltihaba səbəb olan hüceyrə ölümünün qarşısını alaraq siçanlarda infeksiyanın gedişatını dəyişdirməyi bacarıblar.

Bir sıra təcrübələrdə “UH15-38” adlı yeni dərmanın hətta aşağı dozalarda da “influenza” virusundan qoruduğu sübut olunub. Belə ki, insanların məruz qaldığı miqdarda “influenza” virusu verilən siçanlar dərman sayəsində müdafiə olunublar.

Həmçinin məlum olub ki, preparatın yüksək dozaları daha güclü infeksiyaya qarşı tam qorunma təmin edə bilər.


Aysel