Ağ ciyəri zədələyən Covid - 19 virusu və digər bakterial infeksiyalar nəticəsində ağ ciyərlərdəki hava keçiriciliyi, qandakı oksigenin miqdarının azalması halları baş verir. Bunu təyin etmək üçün spirometriya cihazı tez bir zamanda, ağrısız, informativ nəticə verir.
Spirometriya nədir?
Spirometriya – tənəffüs hərəkətini müəyyən edən funksional testdir. Test ağ ciyərlərin funksiyasını, həyat tutumunu təyin edir.
Spirometriya vasitəsilə tənəffüs yollarının keçiriciliyi, hava axını sürətinin məhdudlaşması yoxlanılır.
Qısa müddətdə, qeyri-invaziv, ağrısız, asan başa gələn üsuldur, sadəcə nəfəs alıb verməklə və üfürməklə həyata keçirilir.
Göstərişlər hansılardır?
• Bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi, sarkoidoz və s. ağciyər xəstəliklərinin diaqnostikasında və ağırlıq dərəcəsinin təyin olunmasında
• Müalicənin effektivliyinin dəyərləndirilməsi, sonrakı müalicə taktikasının seçilməsi
• Xəstəliyin proqnozunun qiymətləndirilməsi
• Siqaret çəkənlərdə ağciyərlərin funksiyasının qiymətləndirilməsi
• Əməliyyat öncəsi və sonrası xəstələrdə tənəffüs funksiyalarının dəyərləndirilməsi
• Obstruktiv, restriktiv xəstəlikləri differensasiyası