Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyərlərin piylənməsi astma yaradır – Yeni nəzəriyyə

  • 2019.10.23 17:27
  • 4174 Baxış
Ağciyərlərin piylənməsi astma yaradır –  Yeni nəzəriyyə
Ağciyərlər də piylənir və bu nəfəsalmada problemlər yaradır.


Medicina.az xəbər verir ki, Avstraliya alimləri müşahidə ediblər ki, ağciyərlərə də piy toplanır, nəticədə kəskin respirator xəstəliklər, astma inkişaf edir.



Bu gün inkişaf etmiş ölkələrdə hər 3 nəfərdən biri piylənmədən əziyyət çəkir. Piylənmə bir çox daxili xəstəlik, patologiyaların yaranmasına səbəb olur və bunlar arasında əlaqə sübut olunub. Bu dəfə alimlər astma ilə piylənmə arasındakı sirli təsiri araşdırıb.


Elmi təcrübədə 52 meyitin ağciyərlərindən götürülmüş nümunələr təhlil olunub. Onlardan 15-də astma olmayıb, 21 nəfər isə astma xəstəsi idi. 16 nəfər isə məhz astma xəstəliyindən və tutma zamanı ölmüşdü.


Ağciyər toxumasından nümunələri xüsusi rənglə boyayıb, piy miqdarını üzə çıxarıblar. Daha sonra bu məlumat həmin şəxslərin bədən kütləsi indeksi ilə tutuşdurulub.


Məlum olub ki, piylənmədən əziyyət çəkən, bədən çəkisi çox olan xəstələrdə piy hissəcikləri tənəffüs yollarında da yığılıb qalır. 

Bu yağ çökmələri ağciyərlərin strukturunu dəyişir,  oksigen və karbon qazı mübadiləsini pozur, iltihab yaradır. Nəticədə xəstədə tənəffüs çatmamazlığı və astma yaranır. 


Bununla da piylənmənin ağciyərlərə də təsir etdiyi və bu orqanın da piylənməsi sübut olunub. İndi alimlər arıqlayarkən ağciyərlərdə olan bu piylərin də əridiyini və itirildiyini, xəstənin tənəffüsünə təsirini araşdırmaq istəyir