Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyərləri tərtəmiz edən - Müalicəvi qarışım

  • 2020.12.07 17:30
  • 3391 Baxış
Ağciyərləri tərtəmiz edən -  Müalicəvi qarışım

Hazırda ağciyərləri, bronxları təmiz insan tapmaq çətindir. Ağciyərlər təmiz olmadıqda, orqanlara təmiz oksigen az və gec çatır, insan öskürür, halsız olur.


Medicina.az cəmi 3 ərzaqdan hazırlanan, ağciyərləri təmizləyən, öskürəyi kəsən, eləcə də immuniteti qaldıran, damarları təmizləyən təbii siropun reseptini təqdim edir.

Lazımdır:


Kök – 500 qr

Bal – 4 xörək qaşığı

Su – 3 st


Kökü təmizləyib, orta kub formasında doğrayıb, qazanda üzərində 3 stəkan su alaraq, orta odda bişirin. Elə isti-isti əzib, qatı püre halına salın. Bura təmiz bal əlavə edib, qarışdırın. Şüşə bankaya yığıb, sərin yerdə saxlaya bilərsiz.


Hər gün 2 dəfə hər dəfə 2-3 xörək qaşığı qəbul edin.

Qeyd edək ki, bu resepti tərkibində bal olduğu üçün koronavirusun aktiv dövründə istifadə etmək olmaz