Koronavirus infeksiyasının əsas hədəf orqanı ağciyərlərimizdir. Virus ən dərin alveollara kimi gedib çatıb, onları iltihabla doldurur. Ona görə də həkimlər ağciyərləri zəif olanların reanimasiyaya daha çox düşdüyünü bildirir.
Bəs nə yeyib, içməlisiz ki, ağciyərlərin bronxları, alveolları, toxuması möhkəmlənsin.
1. Kərə yağı
Hamı bilir ki, vərəm xəstələrinin də qidasına əhəmiyyət verib, xüsusilə yağ və yağlı qidalar tövsiyyə edirlər. Ona görə də ağciyərlərə lazım olan birinci qida kərə yağı, quyruq yağı, piy və donuz salosudur.
Pulmonoloqlar qeyd edir ki, vərəm və pnevmoniyadan qorunmağın birinci yolu səhərlər təmiz kərə yağı çəkilmiş çörək yeməkdir. Menyunuzda kərə yağı varmı? Sonuncu dəfə nə vaxt bol kərə yağı yemisiz? Nəyə görə yağ və piy:
İzah edək: ağciyərlərə hava verən alveollar – yəni ən kiçik yuvacıqlarda qaz mübadiləsi gedir və onlar yağlı bir maddə ilə surfaktantla örtülüdür. Məhz bu yağ kimi maddə nəfəs alanda alveolların bir-birinə yapışmasının qarşısını alır. Bu maddənin 90%-i yağdan ibarətdir. Ona görə bədəndə yağ ehtiyatı olmalıdır ki, alveollar istifadə edə bilsin.
2. Nənələrimizin sirri bulyonlar
Ət, toyuq, hinduşka fərqi yoxdur, sümük qarışıq bişirib bulyonunu içmək alveolları yapışmamağa və bəlğəm varsa asanlıqla çıxarmağa kömək edir.
3. Yarım doymuş yağ turşuları
Məhz bu yağlar ağciyərlərin divarının elastikliyini təmin edir. Bunlar hansı məhsullardır: bitki yağlarından təmiz zeytun və kətan yağı. Gündə 1 xörək qaşığı için. Balıq yağı, Omeqa 3.
Qoz, badam, fındıq, tumlar – gündə yarım ovuc.
4. Maye, su
Ağciyərlərə dəstək orqanizmdə yetəri qədər maye, su ehtiyatının olmasıdır. Ona görə öskürək,pnevmoniya zamanı qurtum qurtum ilıq su içmək tövsiyə olunur. Günə 1 litr yarım su kifayətdir. Kofe və çay bura aid deyil.
5. Təmiz hava, isti hamam, buxar və Günəş
Bunlar isə ağciyərlərin idmanı, fizioterapiyasıdır. Karantin müddətində bu üsullardan istifadə barədə düşünün ki, təhlükəsiz şəkildə hava gün işığı qəbul edəsiz. Bilirsiz ki,vərəm aclıq,soyuq və qaranlıqdan, nəmişlikdən yaranır.