Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyərləri sıradan çıxan Bəhram Bağırzadədən son xəbər - Həkimdən açıqlama

  • 2020.06.26 09:59
  • 7838 Baxış
Ağciyərləri sıradan çıxan Bəhram Bağırzadədən son xəbər   - Həkimdən açıqlama

"Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır. Əvvəlki kimi ağciyərləri süni ventelyasiya aparatı və ECMO cihazına qoşulu vəziyyətdədir".

Bunu "BakuPost"a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

Lakin onun sözlərinə görə, son günlər istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərdə müəyyən yaxşılaşma qeyd edilir.

Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.

Məlumat üçün qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləşmə cihazıdır. Cihaz ağciyər və ürəyin funksiyalarını 2-3 həftə əvəz etmə qabiliyyətinə malik olduğundan həkimlərə müalicə prosesində vaxt qazanmağa imkan verir.