Koronavirus zamanı ağciyərlərin zədələnməsi digər iltihabi xəstəliklər və pnevmoniyada olduğundan fərqli baş verir.
Xəstə normal danışır, nəfəs alır, oksigen saturasiyası normal, amma ağciyərlərin tomoqrafiyasında 50% zədələnmə görülür.
Medicina.az xəbər verir ki, alimlər və həkimlər koronavirusun insan vücudunda qəribə davranışlarından bəzən şok keçirir.
Hətta xəstə özünü yaxşı hiss edir, artıq sağalacağını gözləyirik, halbuki ağciyərlərinin cəmi 20%-i salamatdır.
Təcili tibbi yardım həkimləri deyir ki, dəfələrlə xəstənin saturasiyasını səhər ölçmüşük normal idi, axşam isə onu ağır tənəffüs çatışmazlığı ilə reanimasiyaya çatdırmışıq, saturasiya 80-ə düşmüşdü.
Ona görə saturasiyanın normal olması belə həkimləri bəzən arxayın etməməlidir.
Moskva xəstəxanasının rentgenoloqu Plavunov deyir ki, pulsoksimetrlərə etibar etmək olmaz.
“Bizə heç bir boğulma, klinik əlaməti olmayan xəstələr gətirilmişdi ki, KT edəndə 50% ağciyər zədələnməsi gördük. Xəstə tamam normal görünürdü”.
Lakin ola bilməz ki, pnevmoniya tamam ağırlaşmasız keçsin. Boğulma, təngnəfəslik olmasa da, xəstə ümumi halsızlıq, hərarət, öskürək, baş gicəllənmə hiss edir.
“Bu əlamətləri olmayan xəstələr də olub ki, onlarda ağciyər zədələnməsi 10-20% olub. Adətən belə xəstələr ciddi müalicə tələb etmədən də sağalırlar. Lakin ciddi oksigen aclığı, hipoksiyalı xəstələr də olub ki, heç bir təngnəfəslik hiss etməyiblər. Belə xəstəni fiziki aktiv hərəkət etdiririk, məsələn, deyirik 10 pilləkəni düş çıx, o zaman dərhal tənəffüs çatışmazlığı hiss olunur” – deyə pulmonoloqlar bildirir.
Kovid zamanı Avropada belə xəstələrə “happy hipoxemics, yəni xoşbəxt hipoksiyalılar deyirlər. Bu xəstələr ciyərləri 50% tutulub, oksigen catmır, ürək, beyin artıq hipoksiya vəziyyətindədir, amma onlar heç bir tənəffüs ağırlığı hiss etmirlər.