Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağciyər xəstəxanasında 62 yaşlı xəstə öldü - RƏSMİ

  • 2020.05.01 15:07
  • 1399 Baxış
Ağciyər xəstəxanasında 62 yaşlı xəstə öldü  - RƏSMİ


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

Medicina.az xəbər verir ki, Şəki rayon sakini 1958-ci il təvəllüdlü xəstə aprelin 18-də ağır vəziyyətdə ETACXİ-yə daxil olub.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyərlərin infiltrativ vərəmi VMB (+), 2-ci tip şəkərli diabet, insulinə tələbat, diabetik nefropatiya, arterial hipertenziya, insultdan sonrakı hal, aşağı ətrafların parezi diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.