Ötən gün Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova polis və prokurorluq orqanlarına institutun direktoru Həqiqət Qədirovanın onu intihar həddinə çatdırması barədə məlumat verib.
Medicina.az xəbər verir ki, həkim intihar həddində ikən təzyiqi 200-ə qalxmış, sağ ayağı tutulmuş və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
MRT müayinə onun beynində qansızma ocağı təyin edib. Hazırda vəziyyəti qənaətbəxş deyil.
İş üzrə hazırda Nizami rayon Prokurorluğunda araşdırma gedir.
Xatırladaq ki, Səbinə Məmmədova direktorun əsassız tələblərinə qarşı çıxdığından 2018-ci ildə vəzifəsindən azad edilmişdi, lakin uzun çəkən məhkəmə proseslərindən sonra həkim yenidən işinə bərpa olunub. İşinə qayıtdıqdan sonra Səbinə Məmmədova direktorun ona qarşı mənəvi terrorunun davam etdiyini və təzyiqlərlə üzləşdiyini bildirib.